108. A River in Paradise

1
إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!
2
فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ
Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!
3
إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
(Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)
CopyRight © 2024 Koran.link All Rights Reserved